Əliyev Şəfahət Müzəffər oğlu

 

 

 

 

Əliyev Şəfahət Müzəffər oğlu 1973-ci ildə Gədəbəy rayonunda anadan olub. 1981-1991-ci illərdə S.Qasımov adına Arabaçı kənd  orta məktəbdə orta təhsil alıb. 1991-1996-cu illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İntitutunda (indiki Bakı Slavyan Universiteti) ali təhsil alıb.

Mətbuat sahəsində 1996-cü ildən fəaliyyət göstərir. Dövri mətbuatda çoxsaylı publisistik, ictimai-siyasi  yazıları dərc olunub. Mətbuatdakı səmərəli fəaliyyətinə görə “Peşəkar jurnalist”, “Araşdırmaçı jurnalist” fəxri diplomlarına layiq görülüb.

2014-cü ildən Bakı Avrasiya Universitetinin  “Türk xalqlarının dili və ədəbiyyatı” bölümünün doktorantıdır. “Müasir poeziyada köç və işğal problemi: Qərbi Azərbaycan şairlərinin yaradıcılığı əsasında” mövzusunda elmi iş üzərində çalışır.  «Asiya-Fakt» informasiya agentliyi, «Respublika», “Yeni Asiya”, «Avrasiya»,"yeni Avrasiya"  ictimai-siyasi qəzetlərdə  baş redaktorun müavini, baş direktor, baş redaktor vəzifələrində çalışıb. 2003-cü ildən (MAJL) Araşdırmaçı Jurnalistlər Liqasının baş katibidir.

2012-cı ilin yanvar ayından Bakı Avrasiya Universitetində rektor köməkçisi, 2014-cü ildən isə Universitetin İctimaiyyətlə əlaqə və daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Hal-hazırda Rektorun köməkçisi-Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

 

Elmi məqalələri:

 

İslam Sadığın yaradıcılığında «Araz» obrazı. Bakı Avrasiya Universitetinin “Sivilizasiya” Elmi-nəzəri jurnalı. 11-Bakı 2014, s. 86-91.

 

Eldar İsmayılın "Ulu Göyçə" poemasında ənənələrə söykənən söz sənəti, təsvir və təbliğ. Bakı  Avrasiya Universitetinin “Sivilizasiya” Elmi-nəzəri jurnalı. 03-Bakı 2014, s. 62-67.

 

Ədəbi mühitin zənginləşməsində mühüm faktorlar. Bakı  Avrasiya Universitetinin “Sivilizasiya” Elmi-nəzəri jurnalı. 10-Bakı 2015, s. 37-41.

 

Qərbi Azəbaycandan çıxmış şairlərin yaradıcılığında köç və işğal motivləri. III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu, 25-27 may. Simpoziumun materialları, I-cild. S. 613-618.

 

XX əsrdə tarixi Azərbaycan torpaqlarında erməni monoetnikləşdirmə siyasəti: tarixi və ideoloji əsasları. IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu. Türkiyə, Niğde şəhəri, Ömər Halis  Demir Universiteti. 26-28 aprel. S.700-707.