Tədrisin təşkili departamenti

 


Tədrisin təşkili departamentinə Məmmədov Mənsim Zeynalabdin oğlu rəhbərlik edir. 1977-ci ildə akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat ixtisasını fərqlənmə diplomu ilə bitirən M.Mənsim 1982-2002-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdində XKB-də müxtəlif vəzifələrdə işləmişdir.


1988-ci ildə riyaziyyat ixtisası üzrə “Spektral analizin bəzi məsələri” mövzusunda dissertasiya elmi işini müvəfəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində, 2009-2014-cü illərdə isə Azərbaycan Turizm İnstitutunda dosent vəzifəsində işləmişdir.