Alıyev Rəşad Kamil oğlu


Alıyev Rəşad Kamil oğlu 1982-ci il aprel ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə 207 saylı orta məktəbi bitirmişdir. 1998-ci ildə Ali Diplomatiya Kollecinin (indiki Bakı Avrasiya Universiteti) Beynəlxalq münasibətlər ixtisasına qəbul olunmuşdur. 2002-ci ildə Ali təhsilin bakalavr  pilləsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Ali Diplomatiya Kollecinin Beynəlxalq münasibətlər ixtisası üzrə magistraturasına qəbul olunmuşdur. 2004-cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.


2000-2009-cü illərdə Ali Diplomatiya Kollecinin Xarici əlaqələr şöbəsində mütəxəssis, rektorun köməkçisi, akademik məsləhətçi vəzifələrində işləmişdir. 2011-ci ildən 2016-cı ilədək Bakı Avrasiya Universitetində Tədris və təlim departamentinin rəhbəri vəzifəsində çalışmışdır. Hazırda Bakı Avrasiya Universitetinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəridir.