Hüseynov Sahib Ziyad oğlu


1953-cü ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuş, 1977-ci ildə Bakı Rabitə texnikomunu bitirmişdir. Bakı Dəmiryol poçtdaşıma idarəsində vaqon rəisi, operator, növbə rəisi; 1996-cı ildən Ali Diplomatiya Kollecində (indiki Bakı Avrasiya Universiteti) Təsərrüfat və təchizat şöbəsinin müdiri; İcra aparatının rəhbəri; Ümumi işlər üzrə prorektor; İqtisadi məsələlər üzrə prorektor vəzifələrində çalışmışdır.

Hazırda Universitetin Tikinti və təsərrüfat departamentinin rəhbəridir.