Bakı Avrasiya Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi


Bakı Avrasiya Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (BAAU THİK) 2003-cü ildən fəaliyyət göstərir. Mindən artıq tələbəni öz sıralarında birləşdirən THİK əsasən universitetdə tələbələrin sosial və təhsil alma şəraitlərinin yaxşılaşdırılması, yataqxana təminatı və digər məsələlərdə maddi və mənəvi dəstək göstərilməsini həyata keçirir.

BAAU THİK ictimai tələbə təşkilatı olaraq universitetin fəaliyyətində yaxından iştirak edir. Belə ki, təşkilatın fakültə nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Böyük Elmi Şurasının tamhüquqlu üzvüdür. Universitetdə tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.


THİK-nın strukturu


Təşkilatın rəhbər orqanları - Konfrans, Komitə və İdarə Heyətidir. Konfrans ən ali orqan olub 2 ildə bir dəfə çağırılır. 12 nəfərdən ibarət olan Komitə isə konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Komitənin iclasları 3 ayda 1 dəfə çağırılır. Təşkilata nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 7 nəfərdən ibarətdir.