ERASMUS +


“ERASMUS +” elm və təhsil, treyninqlər, idman kimi sahələrin gənclər arasında populyarlaşmasına dəstək olan bir proqramdır. 14,7 milyard avro büdcəyə malik proqram 4 milyondan çox avropalıya təhsil almaq, təcrübə əldə etmək və könüllülük mexanizmini mənimsəmək istiqamətində yardım edir. Proqram bütün fərdlər və təşkilatlar üçün açıqdır. Bu layihə ilə maraqlananlar “ERASMUS +” tərəfindən təklif edilən bir çox imkanlardan yararlana bilərlər:


  • Xaricdə təhsil
  • Dil bacarıqlarını təkmilləşdirmək
  • Bakalavriat, magitsratura və doktorantura səviyyələrində, arzu olunan ali təhsil müəssisəsində yüksək təhsil imkanlarından yararlanmaq
  • Təhsil aldığın müddətdə iş təcrübəsi qazanmaq imkanı və s.

 

 

 

“ERASMUS +” proqramının beynəlxalq ali təhsil ölçüsünə 3 element daxildir:


KA1 – Fərdlərin mobilliyi


Bu element fərdlərin öz bacarıqlarını təkmilləşdirmək, iş imkanlarını genişləndirmək və mədəni maariflənməni həyata keçirmək üçün istiqamət verir və ali təhsilin beş sahəsini əhatə edir: peşə təhsili, treyninqlər, məktəblər yaşlıların təhsili və gənclər. “ERASMUS +” proqramının ən əhatəli fəaliyyət istiqaməti olan KA1 layihə büdcəsinin 63 faizini əhatə edir.


KA1-in sərbəst fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:


-          Tələbə və heyət mobilliyi

-          Peşə təhsili alanlar və treyninq iştirakçılarının mobilliyi

-          Məktəb heyəti mobilliyi

-          Yaşlı nəslin təhsili üzrə heyət mobilliyi

-          Gənclər və gənc işçilər üçün mobillik


KA1-in mərkəzləşdirilmiş fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:


-          Birgə magistratura layihələri

-          ERASMUS + Magistratura təhsili layihəsi

-          Geniş Avropa könüllülük xidməti


KA2 – innovasiya naminə əməkdaşlıq və müsbət təcrübələrin mübadiləsi


Bu element vasitəsilə iştirakçı ölkələrdən müxtəlif təşkilatların təhsil, gənclər və treyninqlər kimi sahələr üzrə birgə çalışmaları, təcrübələri bölüşmələri, yenilikləri tətbiq etmələri  üçün imkan yaranır:

 

- Ali təhsil institutları və qurumları arasında Elm Alyansları əməkdaşlığı;

- Peşə təhsili üzrə birgə proqram və treyninqlərin metodologiyasının hazırlanması və təqdim edilməsini dəstəkləyən Sektor Bacarıqları Alyansları;

- Tərəfdaş ölkələrlə gənclər və ali təhsil sahəsində əməkdaşlığı təşviq edən potensialın zənginləşdirilməsi istiqaməti.


KA3 – siyasi islahatlara dəstək


Bu element innovativ siyasi inkişafı, siyasi dialoqu və müvafiq istiqamətlərdə yeniliklərin uğurlu implementasiyasını stimullaşdıran tədbirlər üçün qrantları təmin edir. KA3 çərçivəsində fəaliyyət sahələri 3 əsas alətlə tənzimlənir:

-          Siyasi innovasiya üzrə təşəbbüslər;

-          Perspektiv əməkdaşlıq layihələri;

-          Avropa təcrübə siyasəti.

 




ERASMUS heyət mobilliyi

 

ERASMUS heyət mobilliyi müəllimlərin 6 həftə müddətində 1 gün və ya 5 tədris saatı ərzində fərqli bir ölkənin seçilmiş ali təhsil müəssisəsində tədris prosesini həyata keçirməsinə imkan yaradır. Əsas məqsədlər:


  • Ali təhsil müəssisələrini təklif etdikləri kursların məzmununu və çeşidini zənginləşdirmək və genişləndirmək üçün həvəsləndirmək
  • Mobillik sxemində iştirak etmək imkanı olmayan tələbələrə Avropanın müxtəlif ölkələrindən gəlmiş yüksək ixtisaslı akademik heyətin üzvlərindən təhsil almaq şansı təqdim etmək
  • Pedaqoji metodlara dair bilik və təcrübələrin mübadiləsini təşviq etmək
  • Ali təhsil institutları arasında əlaqələrin qurulması
  • Tələbələr və akademik heyət üzvləri arasında mobillik mexanizminin yayılmasına dəstək

 

Kimlər müraciət edə bilər?

 

- Tədris üçün heyət göndərən və ya qəbul edən institut öz ölkəsində fəaliyyət göstərən quruma ERASMUS mobillik qrantı üçün müraciət etməlidir. Heyət üzvləri isə çalışdıqları ali təsil müəssisəsində müraciətlərini edə bilərlər.

 - Tədris mobillik planı göndərən və qəbul edən ali təhsil müəssisəsi arasında mövcud olan “institutlararası razılığa” əsasən müəyyənləşdirilir.

 - Göndərən və qəbul edən Avropa İttifaqının üzv ölkəsi olmalıdır.

 - Heyət üzvlərini göndərən institut seçir

 



Necə müraciət etməli?

Layihə ilə maraqlanan müəllimlər ERASMUS-un yerli və ya beynəlxalq ofisləri ilə əlaqə qura bilərlər. 


 

Beynəlxalq kredit mobilliyi


Beynəlxalq kredit mobilliyi nədir?

Beynəlxalq kredit mobilliyi “ERASMUS +” çərçivəsində ali təhsil müəssisəsinin (ATM) Proqrama daxil olmş hər hansı ölkənin ATM-nə tələbələri, elmlər namizədlərini və ya heyət üzvlərini göndərməsi və ya qəbul etməsini ehtiva edir. Tələbələr və ya elmlər namizədləri əldə etdikləri kreditlər hesabına 3 aydan 12 ayadək dövr ərzində xaricdə təhsil almaq imkanı əldə edirlər. Eyni zamanda, akademik heyət üzvləri 2 ayadək müddət ərzində xaricdə dərs demək imkanı əldə edirlər.  

ATM 3 növ akt üzrə müraciət edə bilər: tələbə tədris mobilliyi, heyət tədris mobilliyi, heyət təlim mobilliyi. 

 

BAAU-da ERASMUS + proqramı üzrə əlaqələndirici:

Qasımov Səyavuş Kamran oğlu – Beynəlxalq əlaqələr üzrə prorektor

Tel: +994125646242

Mob: +994504441421

Email: sayavush.gasimov@baau.edu.az

Skype: sayavush_g