MÖVLANA  MÜBADİLƏ PROQRAMI

 

“Mövlana Mübadilə Proqramı” Türkiyə Ali Təhsil Qurumu (YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən proqramdır. Bu proqram çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi mümkündür. Proqramın məqsədi universitetlər arasında müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə verməkdir.

 



MÜRACİƏT QAYDALARI


“Mövlana Mübadilə Proqramı” Müqaviləsini imzalayan Univeristetlərdə fəaliyyət göstərən müəllimlər və həmən univeristetlərdə təhsil alan bakalavriat, magistratura və doktorantura tələbələri proqrama müraciət edə bilər. www.yok.gov.tr/web/mevlana - linki vasitəsilə proqramla yaxından tanış olmaq olar.

İlk olaraq tərəfdaş universitetlər siyahısından münasib ali təhsil müəssisəsini seçmək;

Universitetin proqram əlaqələndiricisi vasitəsi ilə seçilən universitetlə əlaqə saxlamaq və ixtisasına uyğun dərsləri müəyyənləşdirmək;

Qəbul olunduqdan sonra növbəti semestrdə təhsilini müvafiq universitetdə davam etdirmək.

Proqramda iştirak edəcək tələbələr 560 türk lirəsi miqdarında təqaüd alacaqlar. Bu miqdarın 70%-i daimidir, 30%-i isə tələbənin son nəticədəki müvəffəqiyyətinə bağlıdır.

Bakalavr tələbələrinin ümumi akademik qiymət ortalaması ən az 65, magistratura və ya doktrantura tələbələri üçün isə ən az 75 olmalıdır. Bu xüsusda 50% dil balı + 50% qiymət ortalaması olmalıdır.

Müracət edilən zaman müəllimin Mövlana Əməkdaşlıq Müqaviləsini imzalayan universitetin akademik heyətində olması; seçilmiş müəssisənin tədris dili, müəllimin fənni tədris edəcəyi dil və dilin səviyyəsi əsas götürülür.

Proqram çərçivəsində tələbə seçdiyi ixtisasın tədris dilini, müəllim isə tədris etdiyi fənnin dilini seçə bilər. Tələbələr proqramın təklif etdiyi imkanlardan bir semestr və ya iki semestr, akademik heyət isə ən az bir həftə, ən çox üç ay müdddətinə faydalana bilərlər.