“Humanitar fənlər və regionşünaslıq” kafedrası

Kafedra müdiri 

Rüstəmova Aybəniz Vilayət qızı

 


 

Rüstəmova Aybəniz Vilayət qızı 13 sentyabr 1970-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1987-ci ildə Bakı şəhəri Binəqədi rayonu 3 saylı orta məktəbi bitirib. 1998-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2004-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər” şöbəsinin dissertantı olub.

1987-1988-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Milli Arxiv İdarəsində arxivarius vəzifəsində çalışıb. 1993-1995-ci illərdə Bakı şəhəri Nəsimi rayonu 19 saylı orta məktəbdə tarix müəllimi, 1995-1996-cı illərdə Mədəni-Maarif Texnikumunda ictimai elmlər üzrə müəllim kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən Ali Diplomatiya Kollecinə  müəllim kimi işə qəbul olunmuşdur. 17 sentyabr 2018-ci il tarixindən Bakı Avrasiya Universitetinin “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri vəzifəsində çalışır.

 

“Humanitar fənlər və regionşünaslıq” kafedrası Universitetin ümumi inkişaf konsepsiyasına uyğun olaraq 2010-cu ildə yaradılıb. Əsas vəzifə dəyişən dünyada tələb olunan yeni ixtisaslar üzrə müasir standartlara uyğun olaraq tələbələrin ümummədəni kompetensiyalar və peşə kompetensiyalarına yiyələnmələrini təmin etməkdir. Kafedranın müəllimləri təlim və tədrisin ən son nailiyyətlərini auditoriyada tətbiq edirlər. Bu zaman çalışırlar ki, əyani vasitələrdən daha çox istifadə etsinlər, interaktiv metodlara  və canlı ünsiyyətə yer versinlər, eləcə də tələbələrin öz fikirlərini ifadə etmələrinə şərait yaratsınlar. Həmçinin müasir siyasi və ictimai proseslərin baş verməsi səbəblərinin araşdırılmasında, öyrədilməsində və izahında yeni informasiya texnologiyalarından da (kompyuter, proyektr, internet) istifadə edirlər. Kafedranın əsas məqsədi qloballaşan dünyada baş verən mürəkkəb hadisələrdən baş çıxara bilən və onu idarə etməyi bacaran yüksək peşəkarlığa malik mütəxəssis yetişdirməkdir.

 

Kafedranın fəaliyyəti:

 

“Humanitar fənlər və regionşünaslıq” kafedrası geniş profilli fəaliyyətə malikdir. Kafedrada bakalavriat, magistratura, doktorantura pillələrində dərslər aparlır. Həmçinin kafedra müəllimlərinin açıq dərsləri təşkil edilir ki, müəllimlər arasında təcrübə mübadiləsi aparmaq mümkün olsun. Hər tədris semestrinin əvvəlində kafedranın müəllimləri tədris etdikləri fənnlər üzrə müasir dövrün tələblərinə cavab verən sillabuslar hazırlayırlar.

 Kafedra auditoriyadan kənar saatların effektini atrırmaq üçün tanınmış ictimai, siyasi xadimlərlə əməkdaşlıq edərək tələbələrlə onların ünsiyyətini təşkil edir. Beləliklə, tələbələrin yiyələndikləri nəzəri müddəalar praktiki addımlarla əlaqələndirilərək fundamental biliyə çevrilir.

 Kafedra beynəlxalq əlaqələrə də ciddi diqqət yetirir. Kafedranın əməkdaşları həm Respublika səviyyəli, həm də beynəlxalq statuslu elmi, praktik konfranslarda mütəmadi olaraq təmsil olunur. Məruzə və çıxışları, irəli sürdükləri elmi, nəzəri mülahizələrlə Azərbaycan elminə tövhə verirlər.

 Kafedranın bütün müəllimləri tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərini yerinə yetirirlər. Hazırda kafedrada antik dövrdən bugünədək mövcud olan siyasi nəzəriyyələrin təhlili, xalqımızın etnogenezisini tədqiqi, milli maraqların nəzəri-metodoloji əsasları sahələrində tədqiqat işləri aparılır. 2015-ci ilin sentyabr ayının 28-dən fəlsəfə üzrə fəlsəfə doktoru, dosent M.Q.Rəhimov kafedranın müdiri vəzifəsində çalışır. 

 

“İqtisadiyyat və riyaziyyat” kafedrası

Kafedra müdiri

Ağamalıyev Musa

 



Kafedra Universitetin ümumi inkişaf konsepsiyasına uyğun olaraq 2013-cü ildə ildə yaradılıb və 2015-ci ildən “İqtisadiyyat və riyaziyyat” kafedrası adlandırılır. “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin əsas tədris elm struktur bölməsi olan kafedra bir sıra fənlər üzrə tədris, metodik və elmi-tədiqat, pedoqoji və elmi işçilərin hazırlanması, ixtisaslarının artırılmasını həyata keçirir. Kafedranın müəllimləri təlim və tədrisin ən son nailiyyətlərini auditoriyada tətbiq edirlər.


Kafedranın fəaliyyəti:


“İqtisadiyyat və Riyaziyyat” kafedrasında üç ixtisas üzrə tələbə hazırlığı aparılır: İqtisadiyyat; Riyaziyyat; Riyaziyyat və informatika müəllimliyi.

“İqtisadiyyat və Riyaziyyat” kafedrası geniş profilli fəaliyyətə malikdir. Kafedrada bakalavr pilləsində dərslər aparlır. Həmçinin kafedra müəllimlərinin açıq dərsləri təşkil edilir ki, müəllimlər arasında təcrübə mübadiləsi aparmaq mümkün olsun. Hər tədris semestrinin əvvəlində kafedranın müəllimləri tədris etdikləri fənnlər üzrə müasir dövrün tələblərinə cavab verən sillabuslar hazırlayırlar. Onlar tədris ilində öz fəaliyyətlərini ilin əvvəlində tərtib olunaraq təsdiq edilmiş fərdi planları əsasında təşkil edirlər. Kafedranın bütün müəllimləri tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərini yerinə yetirirlər. Hazırda kafedrada antik dövrdən bugünədək mövcud olan siyasi nəzəriyyələrin təhlili, xalqımızın etnogenezisinin tədqiqi, milli maraqların nəzəri-metodoloji əsasları sahələrində tədqiqat işləri aparılır.

 

Kafedranın müdiri 

 Ağamalıyev Musa Ağamalı oğlu


Ağamalıyev Musa Ağamalı oğlu, 12 mart 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Nəsimi rayonu 247 saylı orta məktəbi bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetin Tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsində bakalavr, 1999-2001-ci illərdə isə Türkiyə Cümhuriyyəti Süleyman Dəmirəl Universitetinin Biznesin təşkili və idarəedilməsi fakültəsində magistr təhsili alıb. 2006-cı ildə həmin ixtisas üzrə doktorantura pilləsini bitirib.

2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 2004-cü ilin iyul ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) məsləhətçi vəzifələrində çalışıb.

2011-2012-ci illər arası ƏƏSMN-nin Dövlət Sosial Təminat Xidmətinin, Sosial xidmətin təşkili sektorunun müdiri vəzifəsində işləyib. 2012-ci ilin mart ayında ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Nizami rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsinə təyin olunub və 2013-cü ilin dekabr ayınadək qeyd olunan vəzifədə çalışıb.

Hazırda Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat kafedrasının müdiridir.