Regionşünaslıq və iqtisadiyyat fakültəsi


“Regionşünaslıq və iqtisadiyyat” fakültəsi 2012-ci ildən etibarən bakalavriat, magistratura və doktorontura pilləsində tədris həyata keçirməklə regionşünaslıq, iqtisadiyyat, riyaziyyat və bu sahələrin müxtəlif istiqamətləri üzrə ali dərəcəli mütəxəssislər hazırlayır. Fakültənin tədris planını müvafiq sektorlar üzrə keçirilən məşğələlər təşkil edir.

 

 


Beynəlxalq əlaqələrin, siyasi, iqtisadi, mədəni inteqrasiyanın genişləndiyi müasir dövrdə ölkəmizdə dünyanın müxtəlif bölgələri üzrə ixtisaslaşmış kadrların hazırlanması, iqtisadi inkişafa töhfə verə biləcək peşəkar ekspertlərin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə fakültə də öz növbəsində töhfəsini verməkdədir.  

Fakültədə 2 kafedra: “Humanitar fənlər və regionşünaslıq”, “İqtisadiyyat və riyaziyyat” kafedraları fəaliyyət göstərir. Hər iki kafedrada tədris Avropa Kredit Transfer sisteminə uyğun təşkil edilir. Fakültə dünyanın bir sıra Universitetlərinin müvafiq departamentləri ilə sıx əməkdaşlıq edir. 

 

Rəhimov Mütəllim Qara oğlu

 “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent 

 

 Rəhimov Mütəllim Qara oğlu 06 fevral 1973-cü ildə Tovuz rayonunun Qaradaş kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə orta məktəb, 1990-1995-cildə Azərbaycan Texniki Universitetinin  bitirib. 1995-1996-cı illərdə Bakı şəhərində yerləşən “Nord” Elm İstehsalat Birliyində texnoloq, 1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda dissertant. 2005-ci ildə isə “Azərbaycanda demokratiyanın inkişafında kütləvi informasiya vasitələrinin yeri və rolu” (sosial-fəlsəfi təhlil) mövzusunda namizədlik işi müdafiə edib və  fəlsəfə üzrə fəlsəfə doktorudur.

Ehtiyatda olan baş leytenantdır.

2006-cı ildən Demokratiyanın İnkişafı Problemləri Mərkəzi (DİPM) İctimai Birliyinin üzvü, 2011-ci ildən sədridir. 2007-ci ildən Bakı Avrasiya Universitetinin “Filologiya və jurnalistika” kafedrasında baş müəllimi kimi çalışıb. Hazırda  “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı kimi fəaliyyət göstərir.

18 elmi məqalənin, 3 tədris proqramının, eləcədə “Kütləvi informasiya vasitələri demokratikləşmə prosesində” adlı kitabın müəllifidir. 


 

İxtisaslar


- Regionşünaslıq (ABŞ və Kanada)

- Regionşünaslıq (Avropa ölkələri)

- Regionşünaslıq (Yaxın və Orta Şərq)

- Regionşünaslıq (Qafqaz ölkələri üzrə)

- İqtisadiyyat

- Riyaziyyat

- Riyaziyyat və informatika müəllimliyi