BAKI AVRASİYA UNİVERSİTETİ 2017/18-ci tədris ilində Universitetin fakültə və kafedralarında vakant vəzifələr

29.06.2017

BAKI AVRASİYA UNİVERSİTETİ

2017/18-ci  tədris ilində Universitetin fakültə və kafedralarında aşağıdakı vakant vəzifələri tutmaq üçün

 

MÜSABİQƏ ELAN EDİR :

FAKÜLTƏLƏR ÜZRƏ:

 

Filologiya fakültəsi:  fakültə dekanı və dekan müavini 

Regionşünaslıq və iqtisadiyyat fakültəsi: fakültə dekanı və dekan müavini

 

KAFEDRALAR ÜZRƏ:

cadval.pdf

Kafedra müdiri vəzifəsinə müvafiq kafedranın, dekan vəzifəsinə isə fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.03.2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”,  07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə” və  “Bakı Avrasiya Universitetində dekan, kafedra müdiri, dekan müavini və professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq aparılır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

 - rektorun adına ərizə;

 - kadrlar uçotunun şəxsi vərəqəsi;

 - tərcümeyi-hal;

 - ali təhsil haqqında diplomun notariat qaydasında təsdiq olunmuş surəti;

 - elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti;

- dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı.

İddiaçıların elmi-pedaqoji fəaliyyəti, tədris prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ  təlim üsullarının  tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər.

Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.

Sənədlərin qəbulu elanın dərc edildiyi tarixdən 1 (bir) ay müddətinə aparılır.

Sənədlər Universitetdə yaradılmış Müsabiqə Komissiyasına təqdim edilir (məsul katib dos.N.S.Həsənova, 210-cu otaq).

 

Ünvan: AZ 1110, Bakı şəhəri, akademik Həsən Əliyev küç.,135 A

Əlaqə: (+994 12) 564 42 72; (+994 12) 564 63 67 (daxili nömrə 108); (+99412) 564 63 65 (daxili nömrə 108), www.baau.edu.az, info@baau.edu.az

 

                                                                                                                                   Rektorluq