BAAU Universitetin kafedralarında vakant vəzifələr üçün

04.12.2017

BAKI AVRASİYA UNİVERSİTETİ (BAAU)

 

Universitetin kafedralarında vakant vəzifələri tutmaq üçün

 

MÜSABİQƏ ELAN EDİR :

 

“Humanitar fənlər və regionşünaslıq” kafedrası üzrə:

- kafedra müdiri: 1 yer, tam ştat vahidi ilə

 

Kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun, yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirinin 09.03.2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” və  “Bakı Avrasiya Universitetində kafedra müdiri, dekan, dekan müavini və professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq aparılır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

- rektorun adına ərizə;

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- tərcümeyi-hal;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;

- əmək kitabçasından çıxarış;

- son iş yerindən xasiyyətnamə (təşkilatın rəhbəri tərəfindən verilmiş və təşkilatın möhürü ilə təsdiqlənmiş);

- ali təhsil haqqında diplomun surəti;

- elmi dərəcə və elmi ad haqqında sənədlərin surəti;

- dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı.

BAAU-da çalışan şəxslər ərizə ilə birlikdə yalnız elmi və elmi-metodiki işlərinin siyahısını təqdim edirlər.

İddiaçıların elmi-pedaqoji fəaliyyəti, tədris prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ  təlim üsullarının  tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər.

Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.

Əlavə məlumat almaq üçün Universitetin www.baau.edu.az rəsmi veb səhifəsində “İşə qəbul:vakansiyalar və müsabiqələr” bölməsinə müraciət edilə bilər.

Sənədlərin qəbulu elanın dərc edildiyi tarixdən 1 (bir) ay müddətinə aparılır.

Sənədlər Universitetdə yaradılmış Müsabiqə Komissiyasına təqdim edilir (məsul katib dos.N.S.Həsənova, 210-cu otaq).

 

Ünvan: AZ 1110, Bakı şəhəri, akademik Həsən Əliyev küç.,135 A

Əlaqə: (+994 12) 564 42 72; (+994 12) 564 63 67 (daxili nömrə 108); (+99412) 564 63 65

             (daxili nömrə 108), www.baau.edu.az, info@baau.edu.az

 

                                                                                                                                   Rektorluq