Bakı Avrasiya Universiteti 2019/2020-ci tədris ili üçün Mövlanə Mübadilə Proqramı üzrə qəbul elan edir.

16.02.2019

Ümumi məlumat

 

“Mövlana Mübadilə Proqramı” Türkiyə Ali Təhsil Qurumu (YÖK) tərəfindən yaradılan, Türkiyə Respublikasının maliyyələşdirdiyi proqramdır. Bu proqram çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi mümkündür. Proqramın məqsədi universitetlər arasında tələbə və professor-müəllim heyətinin sərbəst təhsil alması və akademik fəaliyyət göstərməsini təmin etmək, mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə verməkdir.

Müraciət qaydaları

Bakı Avrasiya Universitetində çalışan professor-müəllim heyəti və bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində təhsil alan tələbələri proqrama müraciət edə bilər. Ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrinin ümumi orta müvəfəqiyyət göstəricisi minimum 65 bal, magistratura və doktranturada təhsilalanlar üçün isə 75 bal olmalıdır. Tələbələr proqramın təklif etdiyi imkanlardan bir semestr və ya iki semestr, akademik heyət isə ən az bir həftə, ən çox üç ay müdddətinə faydalana bilərlər.

Tələb olunan sənədlər:

  1. Akademik transkript
  2. Müraciət blankı (imzalanmış)
  3. Dil sertifikatı (əgər varsa)

 

Tərəfdaş universitetlər

  1. Akdeniz Universiteti
  2. Artvin Coruh Universiteti
  3. Bayburt Universiteti
  4. Beykent Universiteti
  5. Bitlis Eren Universiteti
  6. Bozok Universiteti
  7. Çankaya Universiteti
  8. Cümhuriyyət Universiteti
  9. Düzce Universiteti
  10. Erzincan Universiteti
  11. Fırat Universiteti
  12. Giresun Universiteti
  13. Kafkaz Universiteti
  14. Karabuk Universiteti
  15. Kastamonu Universiteti
  16. Kilis 7 Aralık Universiteti
  17. Muş Alp Arslan Universiteti
  18. Nevşehir Universiteti
  19. Niğde Ömer Halisdemir Universiteti
  20. Ordu Universiteti
  21. Səlcuq Universiteti
  22. Siirt Universiteti
  23. Uşak Universiteti

 

Sənədlərin qəbulu üçün son tarixi: 22.02.2019

Beynəlxalq əlaqələr departamenti

Tel:+994125646242