2019/2020-ci tədris ilində Universitetin kafedralarında aşağıdakı ixtisas sahələri üzrə professor-müəllim vəzifələrini tutmaq üçün MÜSABİQƏ ELAN EDİR :

25.06.2019

İxtisaslar üzrə

İqtisadiyyat  (Azərbaycan dilində tədris etmək üçün)

Marketinq (tədris Azərbaycan və rus dillərində aparılır)

Biznesin idarə olunması (tədris Azərbaycan və rus dillərində aparılır)

Regionşünaslıq (ABŞ və Kanada ölkələri; Avropa ölkələri; Yaxın və Orta Şərq ölkələri; Qafqaz regionu) (rus dilində tədris etmək üçün)

Sosial iş (Azərbaycan dilində tədris etmək üçün)

Riyaziyyat fənləri üzrə

 

       Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

-          rektorun adına ərizə;

-          kadrların şəxsi uçot vərəqi;

-          tərcümeyi-hal;

-          ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;

-          elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (elmi dərəcə və elmi adı olanlar);

-          dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı;

-          əmək kitabçasının surəti

Professor, dosent, baş müəllim  vəzifəsini tutmaq üçün elan olunmuş müsabiqədə müvafiq ixtisas üzrə  elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər. Müəllim vəzifəsini tutmaq üçün müsabiqədə elmi dərəcəsi olmayanlar, həmçinin doktorantura və dissertanturada təhsil alanlar da iştirak edə bilər. Bu halda müvafiq arayış təqdim edilməlidir.

İddiaçıların elmi-pedaqoji fəaliyyəti, tədris prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ  təlim üsullarının  tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər.

Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.

Sənədlərin qəbulu elanın dərc edildiyi tarixdən 1 (bir) ay müddətinə aparılır.

Sənədlər Universitetdə yaradılmış Müsabiqə Komissiyasına təqdim edilir (məsul katib N.S.Həsənova, 210-cü otaq).

 

Ünvan: AZ 1110, Bakı şəhəri, akademik Həsən Əliyev küç.,135 A

            Əlaqə: (+994 12) 564 63 67; (+99412) 564 63 65, daxili nömrə 108, www.baau.edu.az, info@baau.edu.az

 

                                                                                                                                   REKTORLUQ