Bakı Avrasiya Universiteti 2019-cu il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə QƏBUL ELAN EDİR

13.12.2019

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Qəbul planı

Doktorantura üzrə

Dissertantura

 üzrə

Cəmi

Əyani

Qiyabi

5704.01

Dil nəzəriyyəsi

2

 1

1

1

5706.01

Azərbaycan dili

1

 

1

1

5708.01

German dilləri

2

1

1

5716.01

Azərbaycan ədəbiyyatı

1

 

1

1

5719.01

Folklorşünaslıq

1

 

1

 1

 

    1.Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Təhsil ödənişlidir, təhsil haqqı doktorant və dissertantla bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.

    2. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

    3. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.

    4. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

    5. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

    6. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst

və ya ixtisasa uyğun olmalıdır) qəbul imtahanı verirlər.

    7. Doktorantura və dissertanturaya sənədlərin qəbulu 12 dekabr 2019-cu il tarixdən 28 dekabr 2019-cu il tarixədək keçirilir.

    8. Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

         - rektorun adına ərizə;

         - kadrların şəxsi-qeydiyyat vərəqi;

         - tərcümeyi-hal;

         - 2 ədəd fotoşəkil (3x4 sm ölcüdə);

         - iş yerindən xasiyyətnamə;

         - əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün);

         - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

         - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

       - xarici dil səviyyəsi üzrə beynəlxalq sertifikat (varsa); 

         - şəxsiyyəti təsdiq edən sənədin surəti.

    Sənədlər Bakı Avrasiya Universitetinin Elm, magistratura və doktorantura sektorunda (II mərtəbə, 218-ci otaq) hər gün (şənbə və

bazar günləri istisna olmaqla) saat 9 00 -dan 16 00 -dək qəbul olunur.

     Ünvan: Akademik Həsən Əliyev küç.135A

     Əlavə məlumat üçün: www.baau.edu.az; əlaqə telefonları: 5646367; 5646365 (daxili nömrə 118)

 

 

 

 

                                                                                                                                                                   Rektorluq