2020/2021-ci tədris ili üçün Bakı Avrasiya Universitetinin magistratura səviyyəsinə qəbul olunan şəxslərin nəzərinə!

03.07.2020

Koronovirus infeksiyası ilə bağlı ölkəmizdə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat prosesi onlayn formada keçiriləcək.Qəbul olunan şəxslər 2020-ci il iyulun 6-dan 15-dək tələb olunan sənədləri  Avrasiya Universitetinin  info@baau.edu.az  e-mail ünvanına göndərə bilərlər. (Sənədlər skan və ya mobil telofonla effekli çəkilmiş formada göndərilə bilər)

Magistraturaya qəbul olanların qeydiyyatı üçün

SƏNƏDLƏRİN SİYAHISINI BİR DAHA TƏQDİM EDİRİK.

  1. Ali təhsil haqqında sənədin və ona əlavənin əsli
  2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 ədəd)
  3. 3×4 ölçüdə 4 ədəd fotoşəkil
  4. Hərbi biletin surəti (hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti)
  5. Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən magistraturaya qəbul olunmasına dair müsabiqə nəticəsi
  6. Elektron ərizənin iş nömrəsi, şəxsi kabinetin istifadəçi adı və parolu
  7. İllik təhsil haqqı ödənişi haqqında qəbzin surəti