Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Avrasiya Universiteti 2020-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya (əyani və qiyabi) QƏBUL ELAN EDİR

08.09.2020

Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin

25 avqust 2020-ci il tarixli 493 s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının

ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant

hazırlığı üzrə qəbul planları”na əsasən aşağıdakı ixtisaslar üzrə  aparılır.  

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Qəbul planı

Doktorantura üzrə

Dissertantura üzrə

Cəmi

Əyani

Qiyabi

5302.01

Ekonometriya:iqtisadi statistika

2

1

1

 

5308.01

Ümumi iqtisadiyyat

1

 

1

1

5312.01

Sahə iqtisadiyyatı

1

 

1

1

5704.01

Dil nəzəriyyəsi

1

 

1

1

5706.01

Azərbaycan dili

1

 

1

1

5708.01

German dilləri

1

 

1

1

5716.01

Azərbaycan ədəbiyyatı

1

 

1

1

5718.01

Dünya ədəbiyyatı (ingilis, rus)

1

 

1

1

5719.01

Folklorşünaslıq

 

 

 

1

5901.01

Beynəlxalq münasibətlər

1

1

 

1

5904.01

Siyasi institutlar və sistemlər

 

 

 

1

5908.01

Siyasi nəzəriyyə

 

 

 

1

 

Cəmi:

10

2

8

11

 

    1.Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini

bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və

vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə

doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Təhsil ödənişlidir,

təhsil haqqı doktorant və dissertantla bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.

    2. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

    3. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəy­yənləşdirilir.

    4. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

    5. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

    6. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst

və ya ixtisasa uyğun olmalıdır) qəbul imtahanı verirlər.

    7. Doktorantura və dissertanturaya sənədlərin qəbulu üçü son tarix: 25 sentyabr 2020-ci il.

    8. Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: 

         - rektorun adına ərizə;

         - kadrların şəxsi-qeydiyyat vərəqi;

         - tərcümeyi-hal;

         - 2 ədəd fotoşəkil (3x4 sm ölcüdə);

         - iş stajı olanlar üçün əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş çıxarış və xasiyyətnamə;

         - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

         - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

       - xarici dil səviyyəsi üzrə beynəlxalq sertifikat (varsa); 

         - şəxsiyyəti təsdiq edən sənədin surəti.

    Sənədlər Bakı Avrasiya Universitetinin Elm, magistratura və doktorantura sektorunda (II mərtəbə, 218-ci otaq)

hər gün (şənbəbə və bazar günləri istisna olmaqla) saat 10 00 -dan 16 00 -dək qəbul olunur.

     Ünvan: Akademik Həsən Əliyev küç.135A 

     Əlavə məlumat üçün: www.baau.edu.az; əlaqə telefonları: 5646367; 5646365 (daxili nömrə 118)

 

 

                                                                                                                                                                   Rektorluq