VII Türk Dünyası Araşdırmaları Simpoziumu

15.09.2020

İlk dəfə Niğde Universitetinin ev sahibliyi ilə həyata keçirilən Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu müxtəlif vaxtlarda Niğde (2014; 2017), Almatı (2015; 2018 Qazax Dövlət Qızlar Pedaqoji Universiteti) və Bakıda (2016; 2019 Bakı Avrasiya Universiteti) gerçəkləşmişdir. Növbəti VII Türk Dünyası Araşdırmaları Simpoziumu Niğde Ömər Halisdəmir Universitetinin ev sahibliyi ilə 20-23 oktyabr 2020-ci il tarixində Zoom proqramı vasitəsilə onlayn keçiriləcəkdir.

Türk Dünyası ilə bağlı araşdırma aparan elm adamlarını bir yerə toplamaqla mövcud problemlər və onların həlli yollarının araşdırılması istiqamətindən yola çıxan simpoziumun əsas məqsədi dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, iqtisadiyyat, fəlsəfə, turizm və dəqiq elmlər kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirə edil­məsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsinin aparılmasıdır. Ənənəvi olaraq simpozium müddətində keçirilən “Kökümüz bir, türkük” festivalı bu coğrafiyada tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndiril­məsinə xidmət edir.

Simpozium haqqında ətraflı məlumatı aşağıdakı saytdan əldə edə bilərsiniz.

http://www.utudas.org/

 

Qeyd: Simpoziumda iştirak ödənişsizdir.