Qeydiyyat üçün tələb olunan sənədlərin SİYAHISI

24.09.2020

Qeydiyyat üçün tələb olunan sənədlərin SİYAHISI    

                          

01   Tam orta təhsil haqqında attestatın əsli (orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom)-onlayn        

02   Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi) - onlayn                   

03.3×4 ölçüdə 4 ədəd fotoşəkil-onlayn (1 ədəd)      

04.Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti                         

05 .Yaşayış yerindən arayış                    

06   Sağlamlıq haqqında arayış                         

07.DİM müsabiqəsinin nəticələri                    

08 .Şəxsi kabinetin istifadəçi adı (FİN), iş nömrəsi, parol - onlayn  

09 .Təhsil haqqı ödənişi qəbzi - onlayn   

 

Təhsil haqqı ödənişi üçün Universitetin bank hesab nömrəsi                           

Bakı Avrasiya Universiteti                                  

Ünvan: Akademik H.Əliyev 135 A                               

VÖEN: 1500008331                                 

Kapital Bank ASC-in Cəfər Cabbarlı filialı                             

Bankın VÖEN-i: 9900003611                             

Kod: 200048                                   

H/H :AZ22AIIB38030019441100326104                               

M/H: AZ37NABZ01350100000000001944                            

S.W.İ.F.T. BİK AIIBAZ2X     

 

*Qeyd 1. Sənədlər 25 sentyabr 2020-ci il tarixdən 07 oktyabr 2020-ci il tarixədək onlayn qəbul edilir.

 

Sənədlərin onlayn göndərilməsi üçün elektron ünvan info@baau.edu.az

 

Və eyni zamanda məsul şəxslərin e-mail ünvanına göndərə bilərsiniz.

 1 Filologiya (Azərbaycan dili və ədəbiyyatı; türk dili və ədəbiyyatı; ingilis dili və ədəbiyyatı)  bakalavr.filologiya@baau.edu.az  Vilayət Məmmədov (077) 570-25-84

2.Tərcümə (ingilis, alman, fransız və ərəb dilləri) bakalavr.tercume@baau.edu.az Jalə Məmmədova  (050) 803-02-01

3  Regionşünaslıq (ABŞ və Kanada; Avropa ölkələi; Yaxın və Orta Şərq) Beynəlxalq münasibətlər  bakalavr.region@baau.edu.az Nicat İsmayılov (055) 429-48-29

 

4  İqtisadiyyat  Maliyyə                       

         Marketinq                     

         Mühasibat                    

         Biznesin idarə edilməsi                    

         Dövlət və bələdiyyə idarəetməsi                          

         İnformasiya texnologiyaları                       

         Sosial iş      bakalavr.iqtisadiyyat@baau.edu.az     Ellada Əlizadə      (077) 590-29-00

 

 

*Qeyd 2. Sənədlərin əsli dərs başlanan zaman Universitetin Qeydiyyat ofisinə təqdim edilməlidir.               

 

Təhsil haqqından azadolmalar və güzəştlər       

                          

1. Dövlət büdcəsi hesabına:

1.1. Valideyn himayəsindən məhrum olanlar;

1.2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;

1.3. I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sırasından tələbələr;

1.4. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr (bu tələbələr üçün yalnız 2020/2021-ci tədris ilinin I semestrinin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir)

2.Universitet hesabına

2.1. Müsabiqənin ilk mərhələsində Universiteti seçən, 500 və daha yuxarı bal toplayanlar I kurs üçün illik təhsil haqqından tam azad olunur;

2.2.Müsabiqənin ilk mərhələsində Universiteti seçən, 400-499 bal toplayanlara I kurs üçün illik təhsil haqqından 30%məbləğində güzəşt olunur;

2.3. Bir ailənin 2 və daha çox övladı Universitetə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 (iki yüz) manat məbləğində güzəşt olunur (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur)

Qeyd. Dövlət büdcəsi hesabına təhsil almaq hüququnu təsdiq edən sənədlər Universitetin info@baau.edu.az elektron ünvanına göndərilməlidir.            

Əlavə suallarla bağlı Universitetin Qəbul Komissiyasına müraciət edilə bilər:   +994 12 564 62 66