Bakı Avrasiya Universitetinin rəhbərliyi valideynlərlə görüş keçirib

30.05.2017

Bakı Avrasiya Universitetində tədris  ilinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə ali təhsil ocağının rəhbərliyi ilə tələbələrin valideynləri bir araya gəlib.

BAAU-nın tədris işləri üzrə prorektoru f.ü.f.d., dos. Nigar Hüseynova, tədrisin təşkili departamentinin rəhbəri, prof. Mənsim Məmmədov, filologiya fakültəsinin dekanı f.ü.f.d., dos. Salman Süleymanov, eləcə də regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı f.ü.f.d., dos. Mütəllim Rəhimli tədbirdə iştirak edərək valideynləri maraqlandıran sualları cavablandırıblar. Çıxışında belə görüşlərin vacibliyini diqqətə çatdıran Nigar Hüseynova tədris ilinin sonuna yaxın universitetlə valideynlər arasında sıx əlaqələrin qurulmasının yaranan problemlərin  birgə müzakirəsi və həlli yollarının tapılmasına zəmin yaratdığını vurğulayıb. O bu cür görüşlərin  mütəmadi xarakter daşıyacağına ümidvar olduğunu bildirib.