“Dil və Ədəbiyyatda Müasirləşmə və Ənənə”- I Beynəlxalq Simpoziumu

13.09.2017

Türkiyənin Karabük Universitetində 4-6 oktyabr tarixlərində “Dil və Ədəbiyyatda Müasirləşmə və Ənənə” I Beynəlxalq Simpoziumu keçiriləcək. Dil və ədəbiyyat sahəsində fəaliyyət göstərən elm xadimlərini bir araya gətirərək fikir mübadiləsi aparmaq, müvafiq istiqamətdə aktual məsələləri müzakirə etmək məqsədilə təşkil olunan tədbir Karabük, Sarayevo, Balkan Universitetləri,  Bakı Avrasiya Universiteti və Avrasiya Humanitar Institutunun birgə təşkilatçılığı ilə baş tutacaq.  

Belə bir Simpoziumun təşkili ənənəvi və müasir dil-ədəbiyyat anlayışları haqqında keçmişdən gələcəyə metod, üsul və fikirləri müzakirə etmək, bölüşmək, yeni nəzəriyyələr irəli sürmək, ədəbi və mədəni problemlərin həlli yollarını araşdırmaq, fəaliyyətləri koordinə etmək baxımından önəmlidir.