Sudanın Azərbaycandakı səfiri ilə görüş

16.10.2017

Bakı Avrasiya Universitetində Sudanın Azərbaycandakı səfiri Mohammed Elballa Osman Mohamed ilə görüş keçirilib. BAAU-nun tədris işləri üzrə prorektoru, f.ü.f.d. Nigar Hüseynova, o cümlədən beynəlxalq əlaqələr üzrə prorektor Səyavuş Qasımov və ali məktəbin rəhbər heyətinin iştirak etdiyi görüşdə bir sıra aktual məsələlər müzakirə olunub.

Qonağa səmimi salamlarını çatdıran prorektor Nigar Hüseynova BAAU-nın fəaliyyəti, son illərdə xarici əlaqələrin inkişafı barədə geniş məlumat verib.

Səfir öz növbəsində Universitetin fəaliyyətini izlədiyini, buradakı təhsilin səviyyəsindən məmnun qaldığını bildirib və rəhbərliyə dəvətə görə təşəkkürlərini çatdırıb.

Görüşdə Bakı Avrasiya Universiteti ilə Sudan Respublikasının ali məktəbləri arasında akademik mobillik sahəsində layihələrin həyata keçirilməsi, eləcə də birgə beynəlxalq konfransların təşkilinin vacibliyi də vurğulanıb və müvafiq istiqamətdə ilkin razılıq əldə olunub.