Xorvatiyada Erasmus+ Beynəlxalq Tədris Həftəsi çərçivəsində Bakı Avrasiya Universiteti haqqında təqdimat

13.12.2017

Xorvatiya Respublikasının Pozeqa şəhərində Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq Tədris Həftəsi keçirilib. Layihə çərçivəsində keçirilmiş tədbirdə Bakı Avrasiya Universiteti də təmsil olunub.

Müxtəlif ölkələrdən müəllimlərin və elm sahəsində çalışan mütəxəssislərin qatıldığı tədbirdə aktual mövzular üzrə seminarlar təşkil olunub.

BAAU-nın müəllimi Gülkən Hüseynova açılış mərasimində ölkəmiz və təmsil etdiyi ali təhsil müəssisəsi haqqında təqdimatla çıxış edib. O, həmçinin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı xarici tələbələrdə maraq doğuran bir sıra məqamları əks etdirən seminar keçirib.

Daha sonra Pozeqa şəhərinin meri tədbir iştirakçıları – Azərbaycan, Serbiya, Belarusiya, Ukrayna və Gürcüstandan olan nümayəndələrlə görüşüb. O, təhsil qurumları arasında əməkdaşlığın yaradılması baxımından bu cür tədbirlərin təşkilinin vacibliyini vurğulayıb.