“Azərbaycan Respublikası–Qərb və Şərq çıxış imkanları və perspektivlər” mövzusunda konfrans

14.12.2017

“Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin təşkilatçılığı ilə Bakı Avrasiya Universitetinin yaradılmasının 25 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbir “Azərbaycan Respublikası – Qərb və Şərq çıxış imkanları və perspektivlər” mövzusuna həsr olunub.

Konfransı giriş sözü ilə açan “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı dosent Mütəllim Rəhimov tələbələrin elmi araşdırmalara olan marağının rəğbət doğurduğunu bildirib. O deyib ki, “tələbələrimiz çıxış etdiyi hər bir kürsünü fəth etməlidir”. 

Universitetin tədris işlər üzrə prorektoru Nigar Hüseynova da öz növbəsində konfrans iştirakçılarına uğurlar arzulayıb. O, həmçinin gənclərin Azərbaycanın inkişafına töhvə verəcək tədqiqatlarının, həyata keçirəcəkləri layihələrin hər zaman dəstəklənəcəyini vurğuladı.

Daha sonra konfransın təşkilat komitəsi tərəfindən seçilən 17 tələbənin elmi məqaləsi dinlənilib. Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim olunub.