İndoneziya səfirinin mühazirəsini BAAU tələbələri böyük maraqla dinləyiblər

19.12.2017

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani Bakı Avrasiya Universitetinin qonağı olub. Ali təhsil ocağının regionşünaslıq və tərcümə ixtisaslarında təhsil alan tələbələr qarşısında mühazirə oxuyan səfir belə bir tədbirin təşkilindən məmnun olduğunu dilə gətirib.

Hüsnan bəy Fanani İndoneziyanın tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri və digər mövzuları əhatə edən təqdimatı ilə, tələbələrə ətraflı məlumat verməklə yanaşı bir diplomatın vətəninə olan sevgisi, ölkəsini yüksək səviyyədə təmsil etmək bacarığı və sadəliyi ilə rəğbət qazanıb.

Səfir ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

Təqdimatının sonunda səfir özünün musiqi bacarığını da nümayiş etdirərək, tələbələri İndoneziya musiqisinin ecazkarlığı ilə tanış edib. Sintezatorda İndoneziya milli musiqilərini ifa edən səfir, daha sonra “Azərbaycan” mahnısını da çox ustalıqla səsləndirib.

Bakı Avrasiya Universitetinin tələbələri üçün yaddaqalan və maraqlı təqdimatla çıxış etdiyinə görə, sonda Universitetin prorektoru Nigar Hüseynova səfirə təşəkkürnamə təqdim edib.