Türkiyənin ilk qadın pilotuna "fəxri doktor" adı verildi

14.03.2018

Bu gün Bakı Avrasiya Universitetində  Türkiyənin ilk qadın pilotu  Madalet Grabbe Başustaya universitetin fəxri doktoru diplomunun təqdimetmə törəni keçirilmişdir.Tədbirdən öncə qonaqları qəbul edən universitetin rektoru, professor Nazim Hüseynli,  adını Türk dünyasının önəmli isimləri sırasına daxil edən Madalet Grabbe Başustaya səmimi salamlarını çatdıraraq, onu fəxri adın verilməsi münasibəilə təbrik edib.Tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Daha sonra Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatları zamanı şəhid olmuş mehmetçiklərin xatirəsi bir dəqiqiəlik sükütla yad edilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək Türk dünyasının ilk qadın pilotunun gənc nəsillərə örnək olacaq  həyat və fəaliyyətindən danışıb. Daha sonra universitetin xarici əlaqələr üzrə prorektoru,dosent Səyavuş Qasımov fəxri doktor diplomunu Madalet Grabbe Başustaya təqdim edib.