Fransa Geosiyasət Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində olublar

09.04.2018

Fransanın Azərbaycandakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət üzrə müşaviri RAAB Maureen və Fransa Geosiyasət Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində olublar. Qonaqların universitetdə görməkdən məmnunluğunu ifadə edən  Tədris işləri üzrə prorektor  Dos. Nigar Hüseynova universitet haqqında ətraflı məlumat verdikdən sonra ikitərəfli əməkdaşlığın qurulmasında tərəf kimi maraqlı olduqlarını qeyd etdi. Eyni zamanda universitet rəhbərliyinə öz təşəkkürlərini bildirən Geosiyasət Universitetinin əməkdaşı Kevin Limoni təmsil etdiyi qurum haqqında məlumat verərək universitetin  beynəlxalq münasibətlər, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və geostrategiya sahəsində ixtisaslaşmasından və bu sahə üzrə kadr hazırlığında dünya universitetləri arasında  ön sıralarda yer aldığını qeyd etdi. Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru  s.ü.f.d Səyavuş Qasımov hər iki universitet arasında akademik mobilliyin həyata keçirilməsi, birgə beynəlxalq elmi tədbirlərin təşkili və layihələrin hazırlanması istiqamətində əməkşdaşlığın vacibliyini vurğulayıb və  gələcək perspektivləri yüksək  qiymətləndirib.