“Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçirilib.
08.05.2018
Bu gün Bakı Avrasiya Universitetində “Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdən öncə Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyan universitet rəhbərliyi və konfrans iştirakçıları, daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Konfransın açılış mərasimində elm adamları ilə,ictimai xadimlər,xarici qonaqlar və KİV nüayəndələri iştirak etmişlər. Konfransda Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olunduğu, çətinliklə əldə edilən müstəqilliyin qorunub saxlanması yolunda Ulu Öndərin apardığı siyasi irs,eləcə müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə imzasını polad hərflərlə həkk etdirməsi ilə bağlı məruzələr dinlənilmişdir.
Türkiyə Respublikasının, Nigde Ömər Halis Demir Universitetindən Dr.Çidem Şahinin “Haydar Aliyev döneminde Azerbaycanın dış politikası”,İtaliyanın Genuya Universitetindən Dr.prof.Alessandro Figusun “Azerbaijan İtaly relationnship end EU” ,eləcədə digər məruzələrdə Dünya liderləri siyahısında ən mötəbər sırada yer alan şəxsiyyət, ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycanın dövləti quruluşu və ölkəmizin dünya məkanında öz layiqli yerini tutması bir daha vurğulanmış,Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanılması qeyd edilmişdir.