Bakı Avrasiya Universitetində möhtəşəm “Məzun törəni” qeyd edilib.

01.06.2018

Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir, universitetin rektoru professor Nazim Hüseynlinin yeni həyata qədəm qoyan Azərbaycan gəncliyini,eyni zamanda universiteti müvəffəqiyyətlə bitirib məzun adına layiq görülən tələbələrə təbrik müraciəti ilə davam edib.

Tədbirə qatılan universitet rəhbərliyi ilə yanaşı ,icimaiyyət nümayəndələri,məzunların valideynləri  ən xoş arzularını bildiriblər,bundan sonrakı həyatlarında adlarının həmişə yüksəkdən gəlməsini arzu ediblər.

Universitetin hər iki fakültəsinin tələbələrinə ictmai fəallıqlarına,eyni zamanda təhsildə yüksək nəticələrinə görə fəxri-fərmanlar və diplomlar təqdim edilib.Daha sonra universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova  çıxış edərək valideynlərə “məzun törəni”ndə fəal iştiraklarına görə  təşəkkürünü bildirib və məzun adına layiq görülən bütün tələbələrə “Tələbə andı” na sadiq olmağı tövsiyyə edib.

Tədbir tələbələrin çıxışları, Azərbaycanın milli rəqsləri, dəvət olunmuş müğənnilərin ifaları ilə davam etdirilib.