Bakı Avrasiya Universiteti yeni tədris ilinə başlayıb.

18.09.2018

Bakı Avrasiya Universitetinin  ilk dərs günündə, tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynli tələbələr qarşısında çıxış edərək bu il tələbə adını qazanan tələbələrə uğurlar arzulayıb.. Daha sonra universitetin tədris departamentinin rəhbəri, fizika-riyzaiyyat elmləri namizədi, professor Mənsim Məmmədov çıxış edərək universitetin professor-müəllim heyətini təbrik edib. Mənsim Məmmədov  qeyd edib ki, Bakı Avrasiya Universitetində yetərincə maddi-texniki baza mövcuddur. Tələbələrin dərsdən sonrakı vaxtlarda kitabxanadan istifadə,  kompüter və digər biliklərini artırmaları üçün universitetdə hər cür şərait yaradılıb. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimli isə öz çıxışında “Tələbə müəllimin ən yaxın dostu olmalıdır” fikrini qeyd edib.  Hər hansı bir çətinliyi olduğu təqdirdə tələbə öz müəlliminə yaxınlaşmalı və ondan lazımi məsləhətlər almalıdır. 
Daha sonra çıxış nitqi ilə universitetin professor-müəllim heyəti tələbələrə yeni tədris ilində uğurlar arzu ediblər.