01.11.2018

Oktyabr ayının 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Təhsil sərgisi keçirilib. Tədbirdə Bakı Avrasiya Universitetinin nümayəndə heyəti də  yüksək səviyyədə iştirak edib. Universitetin Elm və Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov və Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi İranə Məmmədovanın da iştirak etdiyi tədbirin əsas məqsədi Universiteti beynəlxalq səviyyədə təmsil etmək, fakültələr, ixtisaslar, təqaüd proqramları, həmçinin mübadilə proqramları barədə məlumatları iştirakçılara çatdırmaq olub.

Tədbirdə Amerikanın Miçiqan Universitetinin, Britaniyanın Sheffield Universitetinin, Avropada çox tanınmış Barselona Universitetinin, həmçinin müxtəlif səfirliklərin və digər təşkilatların nümayəndələri də iştirak ediblər.

Bakı Avrasiya Universitetinin nümayəndə tədbirdən gözəl təəssüratlarla qayıdıblar.

Tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirən Səyavuş Qasımov bu tədbirin əlaqələrin inkişafına yüksək töhfə verəcəyini xüsusi qeyd edib. Tədbirə eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlı tələbələr də qatılıblar.