BAAU-nun müəllimi İranda keçirilən Harakat festivalında iştirak edib

04.12.2018

25-28 noyabr 2018-ci il tarixlərində, İran İslam Respublikasının Elm, Tədqiqatlar və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə İsfahan Universitetində tədqiqatçıların beynəlxalq Harakat (hərəkət) festivalı baş tutub.

54 ölkədən 85 nümayəndənin təqdim etdiyi layihələr arasında Azərbaycanı təmsil edən nümayəndə heyətində Bakı Avrasiya Universitetinin ərəb dili müəllimi, sosial iş istiqamətində gənclər və uşaqlar üzrə çalışan Aynur Məmmədova da olub. Festival zamanı həm İranın yerli universitetləri, həm də xarici ölkələrin universitet nümayəndələri və tədqiqatçıları öz işlərini festivala gələnlərə təqdim ediblər.