Bakı Avrasiya Universitetinin Fransız dili tərcümə ixtisasının tələbələri Milad Bayramı ilə bağlı tədbir keçiriblər

26.12.2018

25 dekabr tarixində Bakı Avrasiya Universitetinin Fransız dili tərcümə ixtisasının 4-cü kurs tələbələri Milad Bayramı ilə əlaqədar tədbir keçiriblər. Tələbələr Milad Bayramının adət ənənələrindən danışıblar. Eyni zamanda onların ifasında Milad mahnıları və tamaşası təqdim olunub. Miladla əlaqədar olaraq, dekorasiyalar, şam ağacı və çələnglər, eyni zamanda Milad süfrəsinə aid olan təamlar da tələbələr tərəfindən hazırlanaraq süfrələrə düzülüb. Tədbirdə iştirak edən Bakı Avrasiya Universitetinin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova, Tədrisinin Təşkili Departamentinin müdiri Mənsim Məmmədov tədbir üçün tələbələrə öz təşəkkürlərini və xoş arzularını bildirdilər.