İqtisadçı tələbələrin elmi konfransı keçirilib

02.01.2019

Bakı Avrasiya Universitetinin “Regionşünaslıq və İqtisadiyyat” fakultəsində tələbələr arasında “Azərbaycanda qeyri-neft sektorunun inkişaf perspektivləri – gənc iqtisadçıların baxış bucağında” mövzusunda elmi konfrans keçirilib. “İqtisadiyyat və riyaziyyat” kafedrasının müdiri Musa Ağamalıyev Konfransı açaraq onun məqsəd və vəzifələri haqqında məlumat verib və bildirib ki, tələbələrin elmi araşdırmalara marağı rəğbət doğurur və yaxşı gələcəyə ümidləri artırır.

Konfransa tələbələr tərəfindən çoxsaylı məqalələr təqdim edilsə də, onların arasından yalnız 13 məqalə seçilərək bəyənilib. Məqalələrdə ölkəmizin qeyri-neft sektoruna dair ən müxtəlif sahələrin inkişaf perspektivləri təhlil olunub və müvafiq təklif və tövsiyələr verilib.

Tələbələrdən Cəlilova Rahilə Nazim qızı -  “Azərbaycanın qeyri-neft sektorunda rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətləri”, Əhədov Şəmistan Mübariz oğlu – “Daxili bazarın investisiya cəlbediciliyinin tədqiqi metodları”, Əsədova Gülşad Fuad qızı – “Daxili bazarın qorunmasının əsas prinsipləri”, Yusifova Gülnar Salman qızı – “Yerli istehsalın inkişaf etdirilməsinin nəzəri əsasları”, Bədəlov Anar Rüstəm oğlu – “Müasir mərhələdə ölkə iqtisadiyyatının inkişafında logistik sektorun rolu”, Xamıyeva Aysun Asif qızı – “Azərbaycanda alternativ və bərpa olunan enerji sahələrinin inkişaf perspektivləri”, Məhərrəmova Səkinə Adıgözəl – “Qeyri-neft sektorunun inkişafında gənclərin rolu”, İbrahimova Türkan Kamran – “Azərbaycanda turizmin mövcud vəziyyəti və perspektiv imkanları”, Əliyeva Aynur Seymur qızı – “İdarəetmə sistemi”, Qulizadə Əli Vəkil oğlu – “Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu”, Abdullayev İlkin Kamran oğlu – “Azərbaycanın Avropa Birliyi ölkələri ilə iqtisadi əməkdaşlığı”, Göyüşov Elgün Anar oğlu – “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının bəzi məsələləri”, Mürşüdova Elza Müzəffər qızı  –“ Dövlətin innovasiya siyasəti. İnnovasiyanın tənzimlənməsi istiqamətləri” mövzusunda məqalələrini konfrans iştirakçılarına slaydlarla təqdim ediblər.

İqtisadçı professor-müəllim heyətinin və Universitet rəhbərliyinin də qatıldığı Konfransda iştırakçıların məruzələri ətrafında çıxışlar olub, onlara çoxsaylı suallar verilib.

Onu da qeyd edək ki, Konfransda məruzə edən tələbələrin məqalələrinin hazırlanmasında i.ü.f.d., dosent İlqar Seyfullayev,  i.ü.f.d., dosent Elşad Yusifov, müəllim Vüsal Cəfərli, baş müəllim Rəcəb İsmayılov,  müəllim Nizami Məmmədov,  i.ü.f.d., dosent Elman İbişov,  i.ü.f.d., dosent Müslümat Allahverdiyeva elmi məsləhətçi kimi müvafiq köməkliklər göstəriblər.