Bakı Avrasiya Universitetində “Açıq qapı” günü keçirildi

22.01.2019

Bakı Avrasiya Universitetində qış imtahanı sessiyası ərəfəsində, yanvarın 22-də media mənsubları və valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

Görüş müxtəlif televiziya, qəzet, jurnal və sayt redaktorlarının iştirakı ilə baş tutub. “Media tur” çərçivəsində qonaqlar öncə universitetin rektoru,fəlsəfə elmləri doktoru,professor Nazim Hüseynli ilə görüşüblər. Dəyirmi masada qonaqlara universitet haqqında-fakültələr,kafedralar,dekanlıqlar və professor-müəllim heyəti haqqında məlumat verilib. Qonaqlar arasında "İki sahil" qəzetinin baş redaktoru,mətbuat şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə,təhsil eksperti Kamran Əsədov,mətbuat şurasının idarə heyətinin üzvü Azər Həsrət, "Modern.az" xəbər portalının baş redaktoru Elşad Eyvazlı,tanınmış jurnalist Ceyhun Musaoğlu, jurnalist Vüsalə Qələndərqızı və digər mətbu orqanların nümayəndələri iştirak ediblər.İmtahanların izlənməsi prosesi ərəfəsində  Tədris Departamentinin rəhbəri professor, Mənsim Məmmədov qonaqlara imtahan gedişi haqqında geniş məlumat verib.Daha sonra professor Mənsim Məmmədov qonaqları universitetin fakültə dekanları və kafedraları ilə tanış edib. Qonaqlar qarşısında çıxış edən professor Mənsim Məmmədov yazılı və şifahi  imtahanların gedişi, o cümlədən imtahan qaydalarını əyani formada qonaqlarla izah etmişdir.

 İmtahanın şəffaflığını yüksək qiymətləndirən qonaqlar universitetdən böyük təəssüratla ayrılıblar.