Bakı Avrasiya Universitetində Nəsiminin şeiriyyatı mövzusunda dəyirmi masa keçirilib

15.03.2019

Bakı Avrasiya Universitetində ümumi filologiya kafedrasının təşkilatçılığı ilə Nəsiminin şeiriyyatı mövzusunda dəyirmi masa keçirilib.

Nəsimişünas alim Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent  Seyfəddin Altaylı, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, kafedra əməkdaşlarının və tələbələrin iştirakı ilə keçirilən tədbirdə Nəsimi yaradıcılığının özünəməxsus üslubi özəllikləri, poetikası izah edilib.

Tədbirdə, həmçinin İslam irfan ənənəsinin inkişafında İmadəddin Nəsiminin rolu barədə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Eləcə də Nəsimi ilə bağlı orta və ali təhsil ocaqlarında yanlış informasiyaların verilməsi probleminə diqqət çəkilib.