Bakı Avrasiya Universitetində elm günü ilə bağlı dəyirmi masa keçirilib.

01.04.2019

Bakı Avrasiya Universitetinin “Regionşünaslıq və iqtisadiyyat” fakültəsində “Elm günü” ilə bağlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada  universitetin Elm və beynəlxalq əlaqələr üzrə prorektoru, S.e.ü.f.d, dos.S.K.Qasımov Tədrisin təşkili departamentinin rəhbəri prof. M.Z.Məmmədov, “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı dos. M.Q.Rəhimov, “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri, baş müəllim A.V.Rüstəmova ,  kafedranın professor-müəllim heyəti və tələbələri iştirak etdilər. 

Tədrisin təşkili departamentinin rəhbəri prof. M.Z.Məmmədov çıxış edərək hər il martın 27-nin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi haqqında Prezident İ.Əliyevin 9 aprel 2018-ci il sərəncamı barədə tədbir iştirakçılarına məlumat verdi. Qeyd edildi ki, 27 mart 1945-ci ildə  Azərbaycan Milli Elmlər Akademiayası təsis edilməsi rəsmiləşdirilmiş və Akademiyanın ilk Nizamnaməsi təsdiq olunmuşdur. AMEA-nın fəaliyyəti dövründə Azərbaycan elminin inkişafında müstəsna rol oynaması və dünya elminə töhfələr verməsi xüsusi olaraq qeyd edildi.

Daha sonra “Humanitar fənlər və regionşünaslıq” kafedrasının dosenti, t.ü.f.d. S.Ə.Talıblı “Azərbaycanda tarix elminin aktual problemləri” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə ətrafında müəllim və tələbələr geniş və maraqlı müzakirələr apardılar.