Yunus Əmrə İnstitutunun nümayəndələri Bakı Avrasiya Universitetinin qonağı olub

10.04.2019

Bakı Avrasiya Universitetində Yunus Əmrə İnstitutunun Bakı təmsilçiliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Universitetin Filologiya fakültəsi-Türk dili və Ədəbiyyatı bölümünün tələbələri və müəllimləri iştirak ediblər. Əvvəlcə filologiya fakültəsinin müəllimi, Zəminə Rüstəmbəyli Universitetin rektoru, Professor Nazim Hüseynlinin adından qonaqları salamlayaraq sözü onlara verdi.

Yunus Əmrə İnstitutunun əməkdaşları, təhsil işləri üzrə koordinator, Ali İhsan Çevik və təhsil işçisi Fatima Büşra Öge dəvət üçün təşəkkürlərini bildirdilər. Tədbirin əhəmiyyətini vurğulayan Ali İhsan Çevik bildirdi ki, əsas məqsəd institutun yay ayları üçün həyata keçirilməsi nəzərdə tutulan böyük layihələrini tələbələrə təqdim etmək, bu barədə müzakirələr aparmaqdır. Tematik Yaz Okulu adlanan layihə isə geniş marağa səbəb oldu.

Daha sonra bildirildi ki, bu cür layihələrə 22 iyul-4 avqust tarixləri arasında start veriləcək. Sonda hərkəsə uğurlar arzulayan Ali İhsan Çevik, BAAU-da keçirilən görüşdən məmnunluğunu dilə gətirdi.