Bakı Avrasiya Universitetinin tələbəsi karate üzrə beynəlxalq yarışın qalibi olub

18.05.2019

Ukraynanın Odessa şəhərində karatenin şotakan növü üzrə təşkil olunmuş beynəlxalq yarışda Bakı Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi İlyas Nağıyev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Yarışda 75 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn İlyas Nağıyev qızıl medala layiq görülüb. Yarışın çox gərgin mübarizə şəraitində keçdiyini vurğulayan İlyas Nağıyev bildirib ki, o, həmçinin özünü 60 kiloqram çəki dərəcəsində də sınayıb. Bu dəfə isə yarışın üçüncüsü olub.

Bakı Avrasiya Universiteti olaraq idmançımıza yeni nailiyyətlər və daha böyük uğurlar arzu edirik.