Bakı Avrasiya Universiteti növbəti məzunlarını yola saldı

02.06.2019

İyirmi yeddi ildir ki, fəaliyyət göstərən Bakı Avrasiya Universiteti 23-cü məzun buraxılışını uğurla yekunlaşdırdı.

Avrasiya Universitetindən gələcəyə-Məzun 2019 adlı tədbirdə bu ali təhsil ocağının rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli, universitetin prorektorları, eləcə də professor və müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli məzunlara gələcəkdə iş karyeralarında nailiyyətlər arzu edib.

Sonra məzunlar səhnəyə dəvət olunublar. Bir-birindən maraqlı səhnəciklər, solo ifalar hazırlayan məzunlar gecəyə daha da rəng qatıblar.

Xatırladaq ki, filologiya və iqtisadiyyat fakültəsi olmaqla, ümumilikdə 235 tələbə bu il Bakı Avrasiya Universitetindən məzun adını qazanaraq, universiteti müvəffəqiyyətlə başa vurdular.

Sonda fərqlənən məzunlara xüsusi plaketlər və sertifikatlar təqdim olunub.

Tədbir musiqi sədaları ilə yekunlaşıb.