Bakı Avrasiya Universiteti (BAAU) İtaliyanın Genuya Universiteti ilə ikili diplom proqramına başladı

25.09.2019

BAAU beynəlxalq reytinqinin yüksəldilməsi və rəqabətliliyinin artırılmasına,yetişdirdiyi kadrların müasir standartlar səviyyəsində hazırlanmasına xüsusi əhəmiyyət verir. Bu məqsədlə beynəlxalq əlaqələrini genişləndirməyi, o cümlədənikili diplom proqramlarının tətbiqini əsas prioritetlərdən biri hesab edir. BAAU 2019/2020-ci tədris ilində bu istiqamətdə ilk uğuruna imza atıb. İtaliyaRespublikasının Genuya Universiteti ilə bağladığı müqaviləyə əsasən cari tədrisilindən ali təhsilin magistratura səviyyəsində “Turizmin iqtisadiyyatı” ixtisası üzrəkadr hazırlığı ikili diplom proqramı ilə aparılmağa başlayıb. Bu proqrama əsasənmagistrantlar üç semestr BAAU-da, bir semestr isə Genuya Universitetində təhsilalmaqla, hər iki ali məktəbin diplomunu əldə edirlər. Əsası XVI əsrdə qoyulmuşGenuya Universiteti dünya universitetləri reytinqində ilk beşyüzlükdə, ölkədə isə ilk onluqdadır.