Bakı Avrasiya Universitetində “Türk dilinin inkişaf mərhələləri” adlı seminar keçirilib

28.09.2019

Qazi Universitetinin professoru  Necati  Demir  Bakı  Avrasiya Universitetinin qonağı olub. Qonaq ilk öncə filologiya fakültəsinin türk dili və ədəbiyyatı ixtisasında təhsil alan I kurs tələbələrilə görüşüb. Daha sonra professor türk dilinin formalaşma tarixi, Türk-Şumer əlaqələri, eləcə də Altay dil nəzəriyyəsi ilə bağlı tələbələr qarşısında mühazirə oxuyub.

Mühazirənin sonunda  Türk dillərinin diferensiallaşması məsələsinə, türkcənin müasir vəziyyəti, ortaq türkcə problemi kimi məsələlər haqqında da disskusiya aparılıb.