Bakı Avrasiya Universitetində Müəllimlər Günü ilə bağlı tədbir keçirilib

05.10.2019

Hər il olduğu kimi, bu il də Bakı Avrasiya Universiteti öz ənənəsinə sadiq olaraq Müəllimlər Gününü təntənəli şəkildə qeyd edib.

Tədbiri giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent  Nigar Hüseynova professor - müəllim heyətini, o cümlədən tələbələri bu əziz gün münasibətilə təbrik edib və rektor, professor Nazim Hüseynlinin təbriklərini çatdırıb.

Daha sonra çıxış edənlər - prorektor Gülzar İbrahimova, eyni zamanda Bakı Avrasiya Kollecinin direktoru Aytən Hüseynova və universitetin tədris departamentinin rəhbəri Mənsim Məmmədov tədbir iştirakçılarını Müəllim Günü  münasibəti ilə təbrik edərək onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıblar.