Bakı Avrasiya Universitetində "Ulu Öndər" sənədli filmi nümayiş etdirilib

24.10.2019

Bu gün Bakı Avrasiya Universitetinin konfrans zalında Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "Ulu Öndər" sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra Gənclər və İdman Nazirliyinin nümayəndəsi Hüseyn Babayev çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan danışıb.

Tədbirdə Bakı Avrasiya Universitetinin əməkdaşı Kamil Məhəmmədli qeyd edib ki, bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın bu böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. O deyib: “Ulu Öndər müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında tanıtdı, Azərbaycanı nüfuzlu və mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasını təmin etmək üçün onu möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırdı. Ulu Öndərin müdrik siyasi məktəbinin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev də Ümummilli Liderin xalqımız və dövlətimizlə bağlı ideallarına sadiqlik nümayiş etdirərək müstəqil dövlətimizi daha da gücləndirdi və inkişaf etdirdi. Biz bugünkü müstəqil, sürətlə inkişaf edən, dünya siyasətində və beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan Azərbaycana görə ulu öndər Heydər Əliyevə borcluyuq".

Sonda tələbələrlə müzakirələr aparılıb.