Bakı Avrasiya Universitetinin tələbəsindən nümunəvi addım

30.10.2019

Bakı Avrasiya Universitetinin üçüncü kurs tələbəsi Kənan Şahmarlı Xətai rayonu, UPO qəsəbəsi, N.Şükürov qəsəbəsində böyük bir yanğının qarşısını alıb. Belə ki, o, ərazidə baş vermiş yanğınla bağlı əvvəlcə “112” qaynar xətt mərkəzinə məlumat vermiş və əraziyə yanğın söndürənlərin gəlmələrinə qədər yanğının digər ərazilərə yayılmasının qarşısını almışdır.

Beləliklə, geniş miqyaslı fövqaladə hadisənin qarşısının alınmasında göstərmiş olduğu vətəndaş mövqeyinə görə Fövqəladə Hallar Nazirliyindən universitetin rəhbərliyinə  təşəkkür məktubu daxil olmuşdur. Eyni zamanda, universitet rəhbərliyi Kənan Şahmarlının göstərdiyi nümunəvi addımını yüksək dəyərləndirmiş və ona təşəkkürnamə təqdim etmişdir.