Bakı Avrasiya Universitetində yeni layihəyə start verilib

25.11.2019

Bakı Avrasiya Universitetində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Avrasiya Liderlik Akademiyası IV” adlı yeni layihəyə start verilib.

Tələbələrin asudə vaxtlarını səmərəli keçirilmələri və yeni bilik, bacarıqlara sahib olmalarına xidmət edən bu layihə çərçivəsində ilk tədbir 2014-cü ildə keçirilmişdir. Layihə rəhbəri, eyni zamanda universitetin rektorluğunun əməkdaşı Kamil Məhəmmədli tədbirdə çıxış edərək layihənin əsas məqsədlərindən bəhs edib. O, tələbələri bu cür tədbirlərdə daha aktiv olmağa səsləyib.

Tədbir rəsmi açılış və təlimlər (idarəetmə və təşkilatlanma, nitq və natiqlik, kütlə psixologiyası) olmaqla iki hissədən ibarət olub.

Sonda uğurla keçən tədbirin təlimçilərinə təşəkkürnamələr, iştirakçı tələbələrə isə sertifikatlar təqdim edilib.