BAAU-nun nümayəndələri Azərbaycanın diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunan konfransda iştirak ediblər

02.12.2019

Noyabrın 22-də Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunan “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçirilib.

Konfransın işini “Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, “Yeni dünya nizamı: XXI əsrin çağırışları”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi – Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələri üzrə davam etdirib. Azərbaycan Milli Elmlər Akademiyasından və 25 ali təhsil müəssisəsindən, o cümədən Bakı Avrasiya Universitetinin tələbələrinin yaxından iştirak etdikləri konfransda Çexiya, Rusiya, Türkmənistan, Çindən 208 tezis qəbul edilib.

Konfransda Bakı Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat, filologiya fakültələrindən 20-dən çox tələbə “Humanitar fənlər və regionşünaslıq” kafedrasının  müəllimləri A.V.Rüstəmova və C.X.Cahangirlinin rəhbərliyi altında yazdıqları tezisləri təqdim ediblər.