BAAU-nun dosenti Türkiyədə mühazirə oxuyub

28.12.2019

Bakı Avrasiya Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimov dekabrın 5-dən 24-dək Türkiyənin Ordu Universitetində “Fəlsəfə” fənnindən mühazirə oxuyub.  “Mövlanə”  Mübadilə Proqramı çərçivəsində baş tutan bu fəaliyyət təcrübə mübadiləsinin aparılmasına, elm və təhsil adamlarının ünsiyyətinin daha da yaxşılaşmasına xidmət edir. İki həftə davam edən səfərdə BAAU-nun dosenti Ordu Universitetinin “Fənn Ədəbiyyat Fakultəsi”nin Sosiologiya Bölümündə türkiyəli tələbələrə dərs keçib.

Bu barədə məlumat verən M.Rəhimov bildirib ki, biliklərin bölüşdürülməsi və yeni təcrübələrin qazanılması baxımından bu cür səfərlər çox yaxşı düşünülmüş addım hesab olunmalıdır. “Bu cəmiyyətlərimiz arasında da anlaşmanı dərinləşdirməyə xidmət edir. Üstəlik, Türkiyənin təhsil sahəsində əldə etdiyi  nailiyyətlərin öyrənilməsi və Azərbaycanda tətbiqi baxımından da bunu uğurlu saymaq olar”  - M.Rəhimov deyib.