Bakı Avrasiya Universitetində BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərində Gender bərabərliyi mövzusunda tədbir keçirilib

28.12.2019

Bakı Avrasiya Universitetində BMT-nin Dayanaqlı İnkişaf  Məqsədlərində  Gender bərabərliyi  mövzusunda  tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin elmi  işlər üzrə prorektoru, professor  Gülzar İbrahimova çıxışında qeyd edib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərimizdən biridir və Azərbaycan qadınlarına qarşı hər bir vətəndaşımızın diqqətli olması məhz  bu dəyərlərdən irəli gəlməlidir. O cümlədən, məişət zorakılığının cəmiyyətimiz tərəfindən hər zaman mənfi qarşılandığını, bütün zorakılıq hallarının aradan qaldırılması üçün birgə çıxış yollarının axtarılmasının vacibliyini qeyd edib.

Tədbirdə Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə də iştirak edib. Rəna  xanım  qeyd edib ki, ölkəmizdə müvafiq istiqamətdə görülən işlər bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir. Lakin gənc nəsil arasında gender bərabərliyi təfəkkürünün zəif olması da günümüzün reallığıdır. Belə hallar isə öz növbəsində cəmiyyətimizin inkişafına mane olur.

Daha sonra Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədr müavini Zərifə Quliyeva tədbirdə geniş məruzə ilə çıxış edib və tələbələrin suallarını cavablandırıb.