Təhsil naziri BAAU-nın rektorunu yubiley medalı ilə təltif edib

28.12.2019

Təhsil naziri Ceyhun Bayramov Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən  Azərbaycan Respublikasının yubiley medalı elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə edilməsinə, bu sahələrin inkişafına xüsusi töhfələrinə görə verilib.

Məlumat üçün qeyd edək ki, bir çox elm adamları Təhsil naziri Ceyhun Bayramov tərəfindən “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə mükafatlandırılıb.