BAAU-nın kollektivi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar yürüşdə iştirak edib

26.02.2020

Fevralın 26-da Bakı Avrasiya Universitetinin kollektivi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən minlərlə insana qoşularaq faciə qurbanlarının xatirəsini yad ediblər.

Daha sonra BAAU-nın Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərə qatılıblar.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Həmin vaxt girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.